Türkiyə ilə bağlı ŞOK XƏBƏRDARLIQ: "Son 3 gün xüsusilə vacibdir"
Türkiyədə keçiriləcək seçkilərə çox az vaxt alıb.
Bu ərəfədə ölkədə təxribat törədilə bilərmi?
KONKRET.az-ın məlumatına görə, Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə Musavat.com-a açıqlamasında bildirib ki, hər ölkədə olduğu kimi, Türkiyədə də seçkilər həyəcan yaradır.
Ekspert qeyd edib ki, Türkiyədəki seçkilər təkcə Türkiyəni deyil, Qərb dövlətlərini, xüsusən də region ölkələrini maraqlandırır:
"Mümkün hakimiyyət dəyişikliyi halında Türkiyənin xarici siyasətində köklü dəyişiklik ediləcəyi düşünülür. Bu durum Rusiya-Ukrayna, Suriya və Qafqaz siyasəti baxımından xüsusilə vacibdir. Bundan əlavə, Qərb dövlətləri Türkiyənin inkişaf edən müdafiə sənayesi, daxili və milli xarici siyasətindən narahatdırlar. ABŞ-ın Suriya, Şərqi Aralıq dənizi, Egey dənizi, Qara dəniz, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan əlaqələri və Asiya ilə münasibətlərdəki siyasəti Türkiyənin izlədiyi siyasətlə ziddiyyət təşkil edir. Onlara görə, Türkiyə bir sıraya gətirilməlidir. Bunu son illər ABŞ-ın xarici siyasətini formalaşdıran RAND Korporasiyası, Brukinqs İnstitutu kimi beyin mərkəzlərinin hesabatlarından, "The Economist", "Bild" kimi qəzet və jurnalların yazılarından, son dövrlərdə dərc olunan məqalələrdən anlamaq mümkündür. Bu günə qədər iqtisadi, sosial, siyasi və hərbi yolla bunu etməyə çalışdılar, amma istəklərinə nail ola bilmədilər. Bu gün isə seçkilərdən istifadə edərək öz niyyətlərinə çatmağa çalışırlar. Dolayısı ilə Türkiyədəki seçkilər onlar üçün çox önəmlidir.
Oxşar olaylar başqa ölkələrdə də sınaqdan keçirilib. Məsələn, 1956-cı ildə Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirdiyi zaman Fransa Ədliyyə Nazirliyi onu diktator adlandırmışdı. Fransa və İngiltərə İsrail-Misir müharibəsini başlatmaq üçün İsraildən istifadə etdi və beləliklə, Əbdül Nasir devrildi. 2003-cü ildə isə Fransua Bozize Fransa və ABŞ-ın dəstəyi ilə Mərkəzi Afrika Respublikasında hakimiyyətə gəldi. Bozizenin Çinlə əlaqələri artırmasından narahat olan Fransa və ABŞ "Seleka" silahlı qruplaşması vasitəsilə ona qarşı üsyan təşkil edərək Fransua Bozizeni hakimiyyətdən devirdi. Beləliklə, Mərkəzi Afrika Respublikası yenidən ABŞ və Fransanın nəzarəti altına keçdi. Bu iki nümunə müharibə və üsyanla hakimiyyətin dəyişməsidir. Türkiyədə də sınaqdan keçirildi, amma nəticə vermədi. Bu səbəbdən Türkiyədə xaos yaratmaq imperialist ölkələrin marağındadır".
Terror və təhlükəsizlik eksperti hesab edir ki, seçki gününə qədər Türkiyədə təxribatlar törədilə bilər:
"Dünya ictimai rəyində Türkiyənin qeyri-sabit ölkə imicinin yaradılması arzulana bilər. Bu təxribatların miqyası hazırda tərəflər arasında olsa da, yaxın günlərdə terror hadisələri şəklində də ortaya çıxa bilər. Hesab edirəm ki, son 3 gün xüsusilə vacibdir. Təhlükəsizlik qüvvələri bütün gücünü bu istiqamətdə səfərbər etməlidir. Siyasətçilər sağlam düşüncə ilə hərəkət etməli, ictimaiyyəti qıcıqlandıran sözlərdən çəkinməlidirlər. Gənclər və ictimaiyyət sağlam düşüncə ilə davranmalı, sosial şəbəkələrdə yazılan hər şeyə inanmamalı, münaqişələrdən uzaq olmalıdır".
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi