Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır
Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.
KONKRET.az bu barədə Türkiyə mətbuata istinadən xəbər verir.
"Bunun həyata keçirildiyi təqdirdə, Türkiyədən başlayacaq səfərlər bu ölkələrdəki şəhərlərdə başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında həyata keçirilməsi planlaşdırılır", – məlumatda deyilir.
Türkiyə dəmir yollarındakı turistik qatar xətlərini çeşidləndirərək sayını artırır. Şərq Ekspresi, Diyarbəkir Ekspresi, Qərbi Qara dəniz (Duz) Ekspresi və Tatvan Ekspresi ilə turizmə töhfə verən TCDD, yeni qatar marşrutlarını səyahətsevərlərin marağına təqdim etməyə hazırlaşır. Belə ki, Konya-Adana Toros Ekspresi, Adana-Qaziantep Qastronomiya Ekspresi, Göllər Ekspresi və Efes Ekspresinin 2025-ci ildə həyata keçirilməsini planlaşdırır. Bununla da Türkiyə daxili turist ekspress xətlərinin sayı 8-ə çatdırılacaq.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat