"Türkiyə İrəvanla ultimatum dili ilə danışmamalıdır" - Ermənistandakı mitinqin gülünc "bəyanat"ı - VİDEO
İrəvanda keçirilən imtinqdə "bəyanat" qəbul olunub.
KONKRET.az xəbər verir ki, bu gün İrəvanda Fransa meydanında mitinq keçirilib, mitinqdən sonra yürüş təşkil olunub. Mitinq iştirakçıları gülünc bəyanat səsləndiriblər.
"Biz qardaş və bacılarımızın mübarizəni davam etdirmək üçün kollektiv iradəsini alqışlayırıq. Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz, bu tezis Ermənistanın müstəqillik elanının əsasını təşkil edir və biz nəyin bahasına olursa-olsun onu müdafiə edəcəyik.
İndiki Baş nazir Paşinyan erməni xalqının maraqlarından çıxış etmir. Hakim güc Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, Ermənistanın Qarabağının mövcudluğunu təhdid edir. Ona görə də biz Qarabağ məsələsi üzrə danışıqlar aparan şəxsin dərhal dəyişdirilməsini tələb edirik.
Müqavimət hərəkatı ilkin şərt olmadan Bakı və Ankara ilə münasibətlərin normallaşmasının tərəfdarıdır. Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir: əsirləri qaytarmalı və qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır. Türkiyə isə İrəvanla ultimatum dili ilə danışmamalıdır.
Prioritet cəmiyyətdə harmoniyanın təmin edilməsi, ordunun gücləndirilməsi, Ermənistanın və Qarabağın təhlükəsizliyinin təmin edilməsi, diaspora ilə birlik olmalıdır", – gülünc "bəyanat"da deyilir.
P.S. Deyir "şələni qoy, gəl dalaşaq". Bu millətə xeyri yoxdur, "adam" dilində qanmırlar ki. Bunları ancaq Azərbaycanın "Dəmir Yumruğ"u qandıra bilər. Vəssalam.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü