Türkiyə İŞİD silahlılarının deportasiyasını davam etdirəcək
Türkiyə dövlətlərin qəbul edib-etməməsindən asılı olmayaraq, İŞİD silahlılarının öz ölkələrinə deportasiyasına davam edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri öncəsi Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında deyib.
"Sərhəddə kim qalıb, hansı ölkə öz vətəndaşlarını qəbul edir, hansı ölkə qəbul etmir, - bizi maraqlandırmır, biz onları göndərməyə davam edəcəyik", - deyə Türkiyə Prezidenti bildirib.
Bir qədər əvvəl Daxili İşlər naziri Süleyman Soylu İŞİD silahlılarının öz ölkələrinə deportasiyasına başlandığını deyib. Qruplaşmanın Amerika əsilli ilk üzvü Yunanıstana göndərilsə də, qəbul edilməyib. Hazırda o, iki ölkənin nəzarət-buraxılış məntəqələri arasındakı neytral ərazidədir.
Hazırda Türkiyə həbsxanalarında İŞİD terror qruplaşmasının 40 ölkədən olan 750 üzvü saxlanılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah keçiriləcək tarixi görüşdə Suriya məsələsində əldə olunan razılaşmaya necə əməl edildiyi, Birləşmiş Ştatların yeni dönəmdə YPG/PKK ilə əlaqələri əsas müzakirə mövzuları olunacaq. (azərtac) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək