Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin suallarını cavablandırıb
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin suallarını cavablandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, mətbuat türkdilli ictimaiyyətə bununla bağlı məlumat çatdırıb. Bildirilib ki, dörd saatdan çox davam edən mətbuat konfransında 35 media mənsubunun 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri kimi mühüm məsələlərə aydınlıq gətirib.
Anadolu və İHA xəbər agentlikləri, "TRT Haber", "Haber Türk", "A Haber", NTV telekanalları, "Yeni Şafak", "Hürriyet", "Posta", "Milliyet" və digər qəzetlərdə yer alan informasiyalar videomaterial və orijinal fotolarla təqdim olunub.
Məlumatlar "Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq", "Əliyevdən ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq", "Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama!", "Azərbaycan Prezidenti İlham Əliyev: Türk ordusu bizim üçün ən məqbul modeldir", "Ərdoğan və Əliyevdən Ermənistana mesaj", "Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar" və sair sərlövhələrlə yayılıb.









Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub