Türkiyə millisi Niderlandı məğlub etdi
DÇ-2022-nin seçmə qrup mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, açılış matçı İstanbulda baş tutub.
G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk matçdaca gücünü göstəriblər. Burak Yılmazın qolları ilə birinci hissədə önə keçən "ay-ulduzlular" fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb.
Düzdür, Frank de Burun kollektivi sonlara yaxın iki dəqiqə ərzində 2 qol vuraraq rəqibi həyəcanlandırsa da, geridönüş edə bilməyib. Burak cərimə zərbəsindən gözəl qolla het-trikə imza atıb. Son dəqiqələrdə niderlandlılar penalti qazansalar da, Memfis Depayın zərbəsini dəf edən Uğurcan Çakır fərqin minimuma enməsinə imkan verməyib. Beləliklə, bol qollu alınan görüşdə qələbə qazanan Türkiyə millisi seçmə mərhələyə 3 xalla start götürüb.
Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 27-də İspaniyanın Malaqa şəhərində Norveçə qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi
24 mart
G qrupu, I tur
Türkiyə - Niderland – 4:2
Burak Yılmaz, 15, 34 (pen.), 81, Hakan Çalhanoğlu, 46 – Klaassen, 75, Luk de Yonq, 76

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb