Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yayıb
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr - Anım Günü münasibətilə bəyanat yayıb.
Bu barədə nazirliyin saytında məlumat dərc olunub.
Məlumatda nazirliyin sözçüsü Zeki Aktürk Türkiyə ilə Azərbaycanın iki dövlət, bir millət olduğunu diqqətə çatdırıb.
"İki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr - Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik", - o qeyd edib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat