Türkiyə NATO-nu QORXUYA SALDI: Rusiya hücum etsə, Ərdoğan nüvə bombalarını...

Türkiyə NATO-nu QORXUYA SALDI: Rusiya hücum etsə, Ərdoğan nüvə bombalarını...Türkiyədə yerləşdirilən ABŞ-a aid nüvə silahları rəsmi Vaşinqton və NATO müttəfiqlərini narahat edir.
xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" dərgisi məqalə yayımlayıb.
Dərgiyə görə, gələn həftə keçiriləcək NATO zirvəsində bir çox liderlərin gündəmində Türkiyədəki nüvə bombaları olacaq. Bu bombalar Türkiyədən çıxarıldıqda isə Ankaranın öz nüvə proqramını başlatmasından qorxurlar.
ABŞ-ın NATO-nun nüvə paylaşımı proqramı çərçivəsində Avropadakı 5 ölkədə, ümumilikdə, 150 nüvə başlığı yerləşdirdiyini xatırladan "The Economist" bunların çoxunun 60-70 başlıqla Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada olduğunu bildirib. Lakin bombalarla bağlı narahatlığın ən çox Türkiyə tərəfindən yarandığı bildirilən məqalədə bunun pərdəarxası belə izah edilib: "Amerikalıları ən çox narahat edən Türkiyənin cənubunda, Suriya sərhədinə quru yolu ilə bir neçə saat məsafədəki İncirlik hərbi hava bazasındakılardır. 1960-cı il çevrilişi və 1975-ci ildəki iki ölkə arasında yaşanan diplomatik qarşıdurmada amerikalılar bombaları geri aparmaq haqqında düşünmüşdülər. Prezident Rəcəb Tayyib Ərdoğana qarşı 2016-cı ildə təşəbbüs göstərilən dövlət çevrilişinə cəhd zamanı üsyançıların əlindəki F-16 döyüş təyyarələrinə yanacaq dolduraraq İstanbul və Ankaranı təhdid etmələrinə şərait yaradan tankerlər də İncirlikdən getmişdi. Ərdoğan rejiminin buna cavabı bazanın elektrik enerjisini kəsmək və komandanını həbs etmək oldu. Bu, Vaşinqtonda silahlarının təhlükəsizliyi və Türkiyə ilə münasibətlər gərginləşdikdə bu silahların girov götürülməsi riski məsələsində təhlükə siqnallarının çalmasına yol açdı. İncirlik bazasına səlahiyyətli nümayəndələr göndərildi, amma silahlar oradan çıxaırlmadı. Nüvə başlıqları sadəcə bir koddan istifadə edərək aktivləşdirilə bilər. Saxlandıqları kassalar isə elektrik enerjisinin kəsilməsi ilə avtomatik olaraq kilidlənir. Bu da Amerikan qüvvələrinə lazım olanda bazaya hərbi yolla girmək üçün zaman təmin edir. Amma Amerika yenə bu bombaları gizlicə qaçırıb yerinə sadə başlıqlar qoymaq haqqında fikirləşirdi".
Məqaləyə görə, bu başlıqlar səriştəsiz diplomatiya ilə geri göndərilsə, iki ölkə arasındakı böhran daha da dərinləşə, hətta Türkiyə öz nüvə proqramını başlada bilər.
Bəs bombalar siyasi olaraq bu qədər təhlükəlidirsə, niyə Avropaya yerləşdirildi?
Dərgi bu suala belə cavab verir: "Məsələn, Rusiya Estoniya kimi kiçik müttəfiq ölkəyə hücum edib Qərbin əks hücumuna əngəl olmaq üçün məhdud şəkildə nüvə silahından istifadə edərsə, burada nüvə başlıqlarına ehtiyac ola bilər. Müttəfiqlər bu durumda uzunmənzilli strateji nüvə raketləri yerinə rusların hücumuna uyğun nüvə başlıqları ilə qarşılıq verə bilər".
Zümrüd /publika.az

Dünya       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026