Türkiyə öz qərarında qətidir – AÇIQLAMA
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Avropada vəziyyəti xeyli gərginləşdirib. Müharibənin fonunda İsveç və Finlandiya kimi kiçik dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün NATO-ya sığınır. Lakin bu elə də asan məsələ deyil.
Belə ki, Türkiyə NATO-ya üzv olmaq üçün müraciət edən İsveç və Finlandiyanın alyansa üzv olmağının əleyhinədir. Bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, hər iki ölkə alyansa üzv olmaq üçün Türkiyə hakimiyyətinin şərtlərini qəbul etməlidir.
Maraqlıdır, sözügedən dövlətlər Türkiyənin terroristlərin təhvil verilməsi ilə bağlı tələblərini qəbul edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, İsveç rəsmiləri Türkiyənin tələblərini əsassız hesab edir:
"Türkiyə İsveç və Finlandiyanın qarşısına konkret şərtlər irəli sürüb. Dünənki açıqlamalar göstərir ki, heyətlər arasındakı müzakirələr uğursuzluqla başa çatıb. İsveç dövləti bildirir ki, PKK ilə bağlı Türkiyənin tələbləri tam əsassızdır. İsveç rəsmiləri öz dövlətində PKK üzvlərinin olmadığını bildirir. Belə bir açıqlama ilə çıxış edən ölkə ilə heç bir halda NATO-ya qəbul edil bilməz".
Politoloqun fikrincə, Türkiyə qərarından dönməyəcək:
"Türkiyə Suriyada hərbi əməliyyata hazırlaşır. Qardaş ölkə həmin əməliyyatda ən böyük dəstəyi Rusiyadan alacaq. Belə bir məqamda Türkiyənin vetonu götürərək Rusiya ilə düşmən olmağı mümkünsüzdür. Hələlik görüşlər qeyri-müəyyən vaxta qədər təxirə salınacaq. Türkiyə bu iki ölkənin NATO-ya üzv olmağına qəti şəkildə əleyhinədir və qəti qərarlıdır. İsveç və Finlandiyanın da təklifləri qəbul edəcəklərini düşünmürəm".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun