Türkiyə parlamentinə yeni sədr seçiləcək
Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinə (TBMM) ikinci dövr üçün yenidən sədr seçiləcək.
Publika.az xəbər verir ki, 27-ci çağırış parlamentinin ikinci dövründə sədrlik uğrunda bu namizədlər mübarizə aparacaq:
1) TBMM-nin hazırki sədri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Tekirdağ millət vəkili Mustafa Şentop,
2) Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara millət vəkili Haluk Koç,
3) Xalqların Demoktratik Partiyasından (HDP) İstanbul millət vəkili Erol Katırcıoğlu,
4) İYİ Partiyadan Qaziantep millət vəkili İmam Hüseyn Filiz ilə
5) Türkiyə İşçi Partiyasının (TİP) sədri və İstanbul millət vəkili Erkan Baş.
Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi, Məclisin hazırkı sədri Mustafa Şentopu dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib