Türkiyə və Azərbaycan birliyinin yeni erası
Türkün gücü onun böyük tarixində və şanlı keçmişindədir. Böyük tarixi keçmişi olan iki qüdrətli türk dövlətinin - yaradıcısı Mustafa Kamal Paşa Atatürk olan Türkiyə Respublikasının, memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan Respublikasının tarixinə 15-iyun 2021-ci il "Qurtuluş Günü" Türk dünyasının müdrik oğlu Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının müzəffər sərkərdəsi İlham Əliyev tərəfindən "Şuşa Bəyannaməsi" adlanan yeni bir şanlı səhifə əlavə olundu. Bu hər iki dövlət üçün vacib bəyannamənin məhz 100 il bundan əvvəl 15-iyun günündə bağlanmış Qars müqaviləsi ilə eyni tarixə düşməsi heç də təsadüfi deyildir. Şuşada bu tarixi bəyannaməni imzalayarkən Heydər Əliyev missiyasını davam etdirən Azərbaycan Respublikasının Prezidenti siyasi gediş edərək qeyd etmişdir: "Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Müqavilədə imzalanan digər vacib məqamlardan biri tarixi türk torpağı olan Zəngəzur dəhlizinin açılması, iki qardaş ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrini əhəmiyyətli dərəcədə inkişaf etdirəcəkdir. Onu da qeyd edək ki, "Şuşa Bəyannaməsi" hər iki dövlət arasında strateji əhəmiyyətə malikdir. Belə ki, bəyannamədə əksini tapan digər məsələlərlə yanaşı ölkələrarası müdafiə sahəsindəki əməkdaşlıq, gələcəkdə bir-birinin təminatı üçün qarşılıqlı hərbi yardım məsələləri böyük tarixi əhəmiyyət kəsb edir. 44 günlük vətən müharibəsində çox böyük rol oynayan pilotsuz uçuş aparatlarının müdafiə sənayemizdə istehsalı ölkəmiz üçün vacib amillərdəndir. Tükiyə və Azərbaycan arasındakı siyasi həmrəyliyin bariz nümunəsi Silahlı Qüvvələrimizin hələ Şuşanın fəthindən sonra döyüş texnikamızı öyrənməyə çalışan dünyanın ən güclü dövlətləri sırasına qoşulduqdan sonra da ordu quruculuğunun siyasi davamıdır.
Bəyannamənin məhz Şuşada imzalanması iki türk dövlətinin tarixi münasibətlərinin təsdiqi, ölkələrimiz arasındakı qardaşlıq və dostluğun yeni erasıdır.
Bu gün cənnət güşəmiz, and yerimizə çevrilən Qarabağımızın baş tacı olan Şuşada vüqarla dalğalanan Azərbaycan və Türkiyə bayraqları "Azərbaycanının sevinci sevincimiz, kədəri kədərimizdi"- deyən Mustafa Kamal Atatürkün qüdrətinin, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" - söyləyən Azərbaycanın Ulu Öndəri Heydər Əliyev əzəmətinin qardaşlığından, gücündən ilhamlanan sarsılmaz birlik rəmzidir. Köksündə ay və ulduz nişanları həkk olunmuş hər iki bayraq eyni köklərə malik olmağımızı simvolizə etməklə yanaşı Ulu Öndərin müdrik kəlamının təcəllisidir.
Türkiyə və Azərbaycan qardaşlığı 44 günlük vətən müharibəsi başlayan andan Azərbaycana mənəvi dəstək olan, Zəfər paradında Bəxtiyar Vahabzədənin "Hardan sənin oldu bizim Qarabağ? Adı sahibini demirmi aşkar?"- söyləyən Ərdoğanın, "Şuşa sən azadsan, biz səni dirçəldəcəyik!"-deyən, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dünya dövlətlərinin şüuruna həkk olunan "Qarabağ Azərbaycandır!" ifadəsini səsləndirən İlham Əliyevin şüarını möhürləmək deməkdir. Azərbaycan və Türkiyə arasındakı tarixi münasibətlərin bir daha bütün dünyaya bəyanatıdır.
Nuranə Cavadova,
Abşeron rayon Məmmədli kənd tam orta məktəbin müəllimi

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?