Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşəcək - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün "pozitiv atmosferdə keçdiyini" bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilib.
"Görüş müsbət atmosferdə keçdi. Müəyyən tələblər oldu. Xarici işlər nazirlərimiz və xüsusi nümayəndələrimiz görüşəcək və nəticələrə uyğun olaraq addımlarımızı atacağıq", – deyə Türkiyə dövlət başçısı qeyd edib.
Ərdoğan əlavə edib ki, hazırda tərəflər yük daşımaları, o cümlədən hava nəqliyyatı üzərində işləyirlər. O həmçinin Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxın gələcəkdə "istiləşəcəyinə" ümid etdiyini bildirib.

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı
Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?
İyulun 10-da su kəsiləcək - Bu ərazilərdə