Türkiyə və İranda yoluxma kəskin artmaqdadır
Türkiyədə koronavirusa yoluxma halları yenidən artmağa başlayıb.
Publika.az xəbər verir ki, ötən gün iyulun 27-də ölkədə 19 761 yeni yoluxma halı qeydə alınıb ki, bu martdan sonra ən yüksək göstəricidir. Martda həmin göstərici 16 809 nəfər olmuşdu. Ölkənin səhiyyə nazirliyi həmçinin gündəlik ölü sayının 51 nəfərə qalxdığını bildirir. Pandemiyanın yeni dalğası iyulun 4-dən, yəni hakimiyyətin qadağaları qaldırmasından sonra başlayıb. Həmin vaxt Türkiyədə virusa yoluxma halları minimuma-4 418 nəfərə düşdüyündən, hakimiyyət məhdudiyyətləri qaldırmaq qərarına gəlmişdi.
İranda da yeni yoluxma halları rekord həddə çatıb. Ötən gün ölkədə 35 min yeni yoluxma halı qeydə alınıb. İranın səhiyyə nazirliyi xəbərdarlıq edib ki, əhali qaydalara riayət etməsə vəziyyət daha da pisləşəcək. Nazirlik yeni dalğanın virusun Hindistan ştammı kimi tanınan "Delta" növü ilə bağlı olduğunu bildirir. İyulun 27-də İranda virusdan daha 357 ölüm halı qeydə alınıb , bu da son aylarda ən yuxarı rəqəmlərdən biridir.

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı