Türkiyə və İraq razılığa gəldi: Birgə komitə YARADILDI
İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan İraqda su qıtlığı fonunda su ehtiyatları komitəsinin yaradılması barədə razılığa gəliblər.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq XİN başçısı Bağdada keçirdiyi mətbuat konfransında bildirib.
"İqlim dəyişikliyi və quraqlıq İraq cəmiyyətini, kənd təsərrüfatını təhdid edir. Biz bu komitə vasitəsilə davamlı olaraq birlikdə işləməliyik", – deyə o bildirib.
İraqlı nazir komitənin tərkibi barədə ətraflı məlumat verməyib.
İraqın Su Ehtiyatları Nazirliyi bildirib ki, ölkədə su problemi digər amillərlə yanaşı, çayların yuxarı axınında yerləşən Türkiyədə yağışın yağmaması, istilik və həddindən artıq su istehlakı səbəbindən başlayıb.
İyulda İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf qeyd edib ki, ölkə danışıqlar yolu ilə Türkiyə və İrandan çaylardakı su payı hüququnun reallaşdırılmasına nail olmaq istəyir.
Məlumata görə, su qıtlığı səbəbindən İraq hökuməti bu il çəltik və qarğıdalı əkinini dayandırıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ