Türkiyə XİN İranın iddialarına cavab verib

Türkiyə XİN İranın iddialarına cavab veribTürkiyə Xarici İşlər Nazirliyi İranda meydana gələn qum və toz fırtınaları və Tehranda yaranan hava çirkliliyi səbəbi ilə Türkiyəyə yönələn iddialara cavab verib.
KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü səfir Tanju Bilgiç şərh verib.
"Tikdiyimiz bəndlərin son vaxtlar İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlərə səbəb olması və Tehranda hava çirkliliyinin pik həddə çatması ilə bağlı iddialar İran mediasında geniş şəkildə işıqlandırılır və məsələ siyasətçilər tərəfindən də gündəmə gətirilir.
Coğrafiyamızda Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlıq da bu fırtınaları artırır.
Qum və toz fırtınalarını qabaqlamaq və onların mənfi təsirlərini yüngülləşdirmək üçün hər bir ölkə, ilk növbədə, üzərinə düşəni etməli, su və torpaq ehtiyatlarından davamlı istifadə istiqamətində lazımi addımlar atmalıdır. Rəsmi Tehranın bu cür problemlərə görə Türkiyəni günahlandırması problemlərin həlli üçün real yanaşma deyil.
Su məsələsinə sırf humanitar prizmadan yanaşan Türkiyə hesab edir ki, transsərhəd sular sahilyanı ölkələr arasında münaqişə deyil, əməkdaşlığın elementidir. Ölkəmiz aşağı axın ölkələrinin ehtiyaclarını nəzərə alan, beynəlxalq hüquqa sayğı ilə yanaşan bir anlayışla hərəkət edib və bundan sonra da bu anlayışı qoruyub saxlamağa davam edəcək.
Türkiyə bu məsələdə İranla istənilən rasional və elmi əməkdaşlığa açıqdır", – açıqlamada vurğulanıb.
Qeyd edək ki, mayın 10-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ölkəsindəki hava çirklənməsində günahı Türkiyədə görüb: "Türkiyə bənd tikintisi sahəsində tədbirlər görməlidir. Bu, xalqımıza və bölgəyə problemlər yaradacaq. Digər tərəfdən, bu vəziyyət ölkəmizə daxil olan suyun miqdarına mənfi təsir göstərir". Eyni zamanda XİN başçısı Türkiyə tərəfinin məsələ ilə bağlı açıqlamaları ilə qane olmadığını bildirib: "Bu bənd həm İrana, həm də İraqa zərər verir. Türkiyə 1997-ci il Nyu-York Konvensiyasına üzv olsaydı, bunu beynəlxalq səviyyədə şikayət yolu ilə həll edə bilərdik, amma bu belə deyil".

Siyasi       Tarix: 13 may 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat