Türkiyə, yoxsa İtaliya: hansı qələbə qazanacaq? - PROQNOZLAR

Türkiyə, yoxsa İtaliya: hansı qələbə qazanacaq? - PROQNOZLARBu axşam AVRO-2020-nin ilk oyunu baş tutacaq. Turnirin ilk oyununda Türkiyə İtaliya ilə qarşılaşacaq.
İtaliyanın meydanında baş tutacaq oyunla bağlı mütəxəssislərin fikirlərin öyrənməyə çalışdıq.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Publika.az-a açıqlamasında bildirdi ki, oyun gərgin keçəcək: "Mənim fikrimcə Türkiyə qrupdan çıxacaq. Hər iki komandanın oyunçularının vəziyyətləri yüksək səviyyədədir deyə düşünürəm. İtaliyaya gəldikdə isə, psixoloji olaraq çox rahat olacaqlar. Çünki öz meydanında oynayacaq. İtaliya neçə ildir ki, Avropa çempionatına vəsiqə qazana bilmir. Bu il isə çempionatda iştirak edir. Bu səbəbdən də düşünürəm ki, gərgin oyun keçəcək".
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə qeyd etdi ki, bu cür böyük turnirlərin açılış oyunlarında adətən hər iki komanda ehtiyatla oynayırlar: "Qrupdakı vəziyyətə görə birinci oyundan çox şey aslıdı. Bildiyimiz kimi İtaliya millisi müdafiədə ən etibarlı komandalardan olub. Fikrimcə, hər iki komanda da ehiyyatlı futbol oynayacaq və buna görə hesab heç-heçə olacaq".
Şair, publisist Tural Turanın fikrincə, oyunun favoriti İtaliyadır: İtaliya-Tükiyə oyunu çempionatın ilk açılış oyunudur. "İtaliya "evdə", Türkiyə səfərdə meydana çıxır. İtaliyaya 12-ci oyunçular – azarkeşlər də dəstək olacaq. Amma Almaniya və Fransada, Balkanlarda yaşayan türklər də fikrimcə, Türkiyə millisini dəstəksiz qoymayacaqlar. Düşünürəm ki, oyunun favoriti İtaliyadır. Bukmekerlər də belə hesab edir. Amma təbii ki, Türkiyənin qələbə qazanmasını istəyirəm. Mənə elə gəlir ki, bol qollu oyun olacaq. Təcrübəli və yaşlı italyanlara qarşı gənc türklərin sona qədər duruş gətirəcəyinə inanıram. Amma soyuqqanlı proqnoz vermək istəyirəm. Hesabın 1-1 və ya 2-2 bitəcəyi içimdən keçsə də, İtalyanın 2-1 qalib gələcəyini daha real nəticə hesab edirəm. Tükiyənin əsas qol silahları Burak Yılmaz və küncdən zərbələrin kralı Emre Akbabadan yüksək performans gözləyirəm".
Tanınmış idman jurnalisti Namiq Abbasov isə vurğuladı ki, Hesab heç-heçə olacaq. "Hər zaman açılış oyunlarında rəqib olan komandalar ehtiyyatlı davranırlar. Düşünürümki hesab qollu heç-heçə olacaq. Ola bilər 1-1 ya da 2-2 hesabı ilə bitsin. Nəzərə alsaq ki, Türkiyə komandasında olan oyunçuların çoxu cavan və oynamağa meyilli heyətdir. Hər iki komanda texnika cəhətdən güclüdür".
Tanınmış idman jurnalisti, televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə dedi ki, açılış oyunlarında adətən çox maraqlı sensasiyalar olur: "Bəzən isə bu cür oyunlarda az qollu nəticə qeydə alınır. Bu axşam hər iki komandadan çox fərqli bir oyun gözləyirəm. Nəzərə alsaq ki, İtaliya öz meydanında oynayır və açılış oyunudur. Çalışacaq təbii ki, doğma meydanda maksimum nəticə əldə etsin. Türkiyədə indiki heyyətlə oyun baxımından bu komandaya qarşı oynaya biləcək gücdədir. Açığı, hər iki komandadan məhsuldar oyun gözləyirəm. Fikrimcə, İtaliya bu matçda məğlub olmayacaq. İtaliya 2-1 qalib gələcək".
Tanınmış idman aparıcısı İlkin Xəlilov oyunun favoritinin İtaliya olduğunu qeyd etdi: "İtaliya oyunun favoritidir və 2-1 qalib gələcək".
Rahib Ələsgərli

İdman       Tarix: 12 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler