Türkiyədə arvadının sevgilisini öldürdü: Bakıda həbs edildi
Türkiyədə arvadının sevgilisini öldürərək qaçaraq Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlkər Bəhlulun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.
KONKRET.azReport-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları C.İ.Bəhlulla bağlı bildiriblər ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.
Onlar məhkəmədən təqsirləndirilən şəxsi öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyiblər.
Təqsirləndirilən C.İ.Bəhlul isə Azərbaycandan getmək istəmədiyini bildirib:
"Uzun illərdir burada yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə məni ekstradisiya etməyin".
Məhkəmə müşavirə edərək qərara alıb ki, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisiya edilsin.
Qeyd edək ki, C.İ.Bəhlul uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisini bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var