Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı oldu - FOTO

Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı oldu - FOTOTürkiyənin də Bitlis şəhərinin Ahlat rayonunda Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qurulan çadırın açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qars şəhərindəki baş konsulu Nuru Quliyev, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının "Şuşa" muğam qrupu möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda özünəməxsus canlanma yaradıb.
Əməkdar artist, xanəndə Zülfüqar Mahmudovu tarda Sərxan Abdullayev, kamançada Nurlan Nuriyev müşayiət ediblər.
Avqustun 26-dək davam edəcək tədbir çərçivəsində çərpələng uçuşları, uşaq oyunları, oxçular, atlı oxçular, cıdır yarışları, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfirliyi və ölkəmizin Qars şəhərindəki baş konsulluğu tərəfindən birgə qurulan çadırda yerləşdirilmiş monitorda Azərbaycanın tarixi, mədəniyyəti, şanlı Qarabağ hərb zəfəri, eləcə də Türkiyə dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərini ziyarəti, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə görüntülərini əks etdirən kadrlar nümayiş olunur. Çadır Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilib. Burada Azərbaycan tarixini və mədəniyyətini, vətənimizin əsrarəngiz gözəlliyini əks etdirən portretlər, maraqlı kitablar, istehsal məhsulları, milli geyimlər, suvenirlər nümayiş olunur. Ümumiyyətlə bu möhtəşəm məkanda təmsilçilik Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Malazgirt döyüşləri 1071-ci ilin avqustunda Səlcuqlar dövləti ilə Bizans imperiyası arasında baş verib və türklərin qələbəsi ilə yekunlaşıb.

Dünya       Tarix: 24 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri metbuat xeberleri son xeber 2026 cəbhədən son xeber