Türkiyədə Ərdoğana sui-qəsd planı açıqlandı
Türkiyədə PKK terror qruplaşmasının üzvlərinin ölkə lideri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının təfərrüatları açıqlanıb.
Publika.az "Dailya Sabaha" istinadın məlumat verir ki, 2021-ci il dekabrın əvvəlində sui-qəsdi planlaşdıran PKK üzvləri Suriyadakı həmkarlarından partlayıcı aldıqlarını etiraf ediblər.
Şeyxmus A. adlı PKK-çı Suriya kürdləri hərəkatının üzvü Fırat İlxanın (kod adı Roni) ona Suriyadan zəng edərək partlayıcıları təhvil verdiyini bildirib. Bundan sonra Türkiyədə gecə saatlarında PKK-nın bir qruplaşmasının üzvü ictimai tədbirdə Ərdoğanın təhlükəsizliyini təmin edən polis əməkdaşının maşınının altına bomba yerləşdirib.
Bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar edildikdən sonra o və tərəfdaşları detonatorları çaya atıblar. Şeyxmus A. həmçinin bildirib ki, "səngərdəki məğlubiyyətin" qisasını almaq üçün Türkiyə prezidentini öldürmək istəyirlər.
Xatırladaq ki, insident 2021-ci il dekabrın 4-də Siirtdə baş verib. Ərdoğan bu şəhərdə tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış etməli idi.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var