Türkiyədə hansı deputatlar Şuşa Bəyannaməsinə QARŞI ÇIXIB?

Türkiyədə hansı deputatlar Şuşa Bəyannaməsinə QARŞI ÇIXIB?Ötən gün Türkiyə Böyük Millət Məclisi "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsini təsdiqləyib. TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Bəyannamə həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib, 11 parlamentari isə bəyannaməyə qarşı çıxıb.
azxeber.com xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Şamil Ayrım bildirib ki, həmin deputatlar Xalqların Demokratik Partiyasının (HDP) üzvləridir:
"Xalqların Demokratik Partiyası separatçı partiyadır. Onlar sol partiya hesab olunur, Türkiyənin ölkə xaricinə əsgər göndərməsinə qarşıdırlar. Eyni zamanda Türkiyənin bütün xarici razılaşmalarına alət olmağa çalışırlar. Şuşa Bəyannaməsi parlamentə daxil olarkən, onlar bunu qəbul etməmişdilər. Həmin partiyanın məqsədi sadəcə Azərbaycanla bağlı deyil. Məsələn, dünən Somaliyə əsgər göndərilməsi ilə bağlı razılaşma vardı, onun da əleyhinə səs verdilər. HDP-dən başqa hamı sənədin lehinə səs vermişdi. Çünki dörd partiyanın ortaq qərarı var idi".
Qeyd edək ki, HDP 15 oktyabr 2012-ci ildə fəaliyyətə başlayıb. Türkiyənin siyasi arenasında radikal mövqe tutan partiyanın 55 üzvü parlamentdə təmsil olunur. HDP-nin əsas ideologiyası sosializm, LGBT hüquqları və müxtəliflikdir. Bununla yanaşı, HDP PKK terror təşkilatına açıq dəstək nümayiş etdirir.

Siyasi       Tarix: 05 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugun xeberler valyuta qurban bayrami 2026