Türkiyədə prezident seçkisi sorğusunun nəticəsi - Qalib bəlli oldu
Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.
KONKRET.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən "Areda" şirkəti keçirib.
Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Muharrem İnce (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.
Bununla belə, sorğu iştirakçılarının 40%-i növbəti seçkidə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəklərini bildiriblər. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP(8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Refah Partiyası (1,9%) və digərləri tutub.
Qeyd edək ki, bundan öncə "Metropol" şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. "Optimar" şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% olaraq səs toplayacağını bildirmişdi.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir