Türkiyədə quraqlıq təhlükəli həddə çatdı
Türkiyə ərazisində müşahidə edilən quraqlıq artıq təhlükəli həddə çatıb.
Publika.az xəbər verir ki, Türkiyənin Meteoroloji Baş İdarəsinin son məlumatlarına əsasən, ölkənin yeddi bölgəsində quraqlıq ən üst həddədir. Müşahidə edilən bu anormal təbiət hadisəsi səbəbindən Türkiyənin Anadolu bölgəsində su hövzələri, göllər, çaylar və hətta yeraltı sular böyük sürətlə quruyur. Bununla bağlı mütəxəssislər tərəfindən əhliyə xəbərdarlıqlar edilir. Ölkə ərazisində baş verən quraqlıq səbəbindən yalnız su səthi deyil, eyni zamanda su canlıları və bəzi quş növlərinin məskən saldığı "quş cənnətləri" də məhv olur.
Ölkə meteoroloqlarının son hesablamalarına görə, Türkiyənin Anadolu bölgəsində iqlim dəyişikliyi fəlakət həddə çatıb. Mütəxəssislər tərəfindən hazırlanan xəritəyə baxdıqda isə bir neçə ərazi istisna olmaqla bölgənin hər yeri qara, qəhvəyi və ya sarı rənglərlə işarətlənib ki, bu da quraqlığın səviyyəsini göstərir. Hesablamalara əsasən, Türkiyənin Egey, Marmara və iç Anadolu bölgələrində yağıntı miqdarı əvvəlki illərə nisbətən 80 faizədək azalıb. Əhalini içməli su ilə təmin edən hövzələrdə də suyun səviyyəsi əhəmiyyətli dərəcədə enib. Ölkənin bir neçə bölgəsində su səviyyəsinin azalması buradaki köhnə yaşayış məskənləri, körpülər və kiçik adaların da üzə çıxmasına səbəb olub.
Mütəxəssislər yaz aylarında da yağıntı miqdarının az olacağı təqdirdə, ölkə ərazisində çox ciddi su probleminin meydana gələcəyini bildirirlə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı