Türkiyədə sosial şəbəkələrə CƏRİMƏ KƏSİLDİ
Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitterdə açıqlama verib:
"İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən "Facebook", "İnstagram", "Twitter", "Periscope", "YouTube", "TikTok" kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib".
Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır. / Report
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək