Türkiyədə turizm mövsümündə hotellərin qiyməti qalxacaq? - AÇIQLAMA
Türkiyədə turizm mövsümündə hotellərin qiyməti qalxacaq? - AÇIQLAMA
Türkiyə hotelləri koronavirus pandemiyası bitdikdən sonra qiymətləri artırmayacaq.
"RİA Novosti" bu barədə "Türkiyə Hotelçiləri Federasiyası"nın rəhbəri Sururi Çorabatırın açıqlamasına istinadla xəbər yayıb.
"Bu il pandemiya səbəbindən qiymət artımı olmayacaq. Heç kim buna şübhə etməsin. Turizm agentlikləri ilə bu mövsüm üçün bütün müqavilələri keçən il bağlamışıq. Qiymətləri qaldıra bilmərik. Bu il qiymətlər müqavilələrdə razılaşdırılmış şəkildə qalır. Bundan əlavə, bəzi hotellər müştəriləri cəlb etmək üçün əlavə endirim və kampaniyalar da edə bilər. Amma bu ümumilikdə, qiymətlərin düşməsi anlamına gəlməyəcək", - deyə S.Çorabatır bildirib.
Onun sözlərinə görə, pandemiyadan sonra dezinfeksiyaedici vasitələrə olan ehtiyac və işçi heyətinin çoxluğu səbəbindən hotellərin xərcləri arta bilər:
"Ancaq indi dövlət koronavirusa görə sarsılan sahələri və xüsusilə, turizm sektorunu dəstəkləyir. Bu dəstək tədbirləri bizim üçün kifayətdir. Başqa dəstək lazım olacaqsa, əminəm ki, hökumət bizimlə görüşəcək və turizm sektorunu problem içərisində qoymayacaq", - deyə o qeyd edib. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var