"Türkiyədəki zəlzələnin Azərbaycan iqtisadiyyatına təsiri olacaq" - RƏYLƏR
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ çox sayda insan tələfatına və böyük dağıntılara səbəb olub. Zəlzələ fəsadlarının Azərbaycan iqtisadiyyatına, Türkiyə ilə olan iqtisadi əlaqələrinə də təsir edəcəyi bildirilir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, zəlzələnin Azərbaycan iqtisadiyyatına təsiri cüzi olacaq:
"Azərbaycanın 3 əsas ticarət tərəfdaşlarından biri də Türkiyədir. Yəni ticarət dövriyyəsində 13-14 %-lik pay Türkiyənin payına düşür. Nəzərə alsaq ki, zəlzələnin Türkiyəyə vurduğu iqtisadi zərər 100 milyard dollar dəyərindədir. Bu da Türkiyə ümumdaxili məhsulunun təxminən 10-12 %-ni əhatə edir. Təbii olaraq, zəlzələnin Azərbaycana mütləq təsiri olacaq. Amma bir məsələ var ki, Türkiyənin Azərbaycanla olan iqtisadi əlaqələrinin ticarət dövriyyəsində məhz bu coğrafiyanın rolu ciddi təsir göstərəcək səviyyədə deyil. Zəlzələnin baş verdiyi ərazilər isə daha çox kənd təsərrüfatı yönlü olduğundan birbaşa təsiri o qədər də çox deyil".
Ekspert vurğulayıb ki, Türkiyədəki zəlzələ Qarabağdakı yenidənqurma işlərinə də təsirsiz ötüşməyəcək:
"İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərində Türkiyənin və bu ölkənin şirkətlərinin əsas rolu var. Baş vermiş zəlzələ Türkiyənin özündə də bu məsələni aktuallaşdırır. Yəni Türkiyədə şəhərlərin yenidən salınması, qurulması və bərpası kimi işlər gündəmə gəlir. Bu da Türkiyənin Qarabağdakı fəaliyyətinə öz təsirini göstərəcək".
İqtisadçı ekspert Günay Hüseynova KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən hadisə hazırda Azərbaycan iqtisadiyyatını kölgədə qoymur:
"Mərkəzi Kahramanmaraş şəhərindən başlayan zəlzələ 10-a yaxın şəhəri əhatə etdi. Son statistik məlumatlara əsasən, zəlzələ 31 mindən çox insanın ölümünə və 90 mindən çox insanın yaralanmasına səbəb olub. Bu hadisə Türkiyə iqtisadiyyatına zərbə vurdu. Azərbaycan müəyyən məhsullarını, xüsusilə də zəruri ehtiyac mallarını, geyim və digər malların əksəriyyətini Türkiyədən təmin edir. Ona görə də baş verən hadisə Azərbaycan iqtisadiyyatına az da olsa, təsir edəcək. Buna səbəb isə bu bölgəyə düçən istehsalata Azərbaycan bazarında ehtiyacın olmamasıdır.
Ümumiyyətlə, Azərbaycanın həmin bölgələrdən idxal etdiyi məhsullar alternativlə əvəz edilə biləcək, həmçinin digər ölkələrdən alına biləcək məhsullardır. Məsələn, Qaziantep bölgəsinə makaron, vermişel istehsal olunur ki, bu məhsulların yerli istehsalı var. Əgər tələb təklifdən üstün olarsa, digər bazarlara üz tutmaq olar.
Ümumi iqtisadi baxımdan təhlil etsək, Türkiyədə baş verən hadisə Azərbaycan iqtisadiyyatını kölgə altında qoymur, ajiotaja, süni qiymət artımına və təlaşa ehtiyac yoxdur. Əgər bu vəziyyətdən istifadə edib, süni qiymət artımı edərlərsə, İqtisadiyyat Nazirliyi tərəfindən dərhal tədbir görülə bilər".
Fidan Ali
Konkret.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO