Türkiyədən Rusiyaya ixrac azalıb - SƏBƏB
2023-cü ilin oktyabr və noyabr aylarında Türkiyə Rusiyaya hərbi ehtiyaclar üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünü azaltmağa başlayıb.
KONKRET.az xəbər verir ki, "Forbes" Türkiyə Statistika İnstitutunun məlumatlarını öyrəndikdən sonra bu qənaətə gəlib.
Nəşr qeyd edir ki, ötən ilin sonunda tədarükün azalması ABŞ-nin ticarət və maliyyə əməliyyatlarında sanksiyalara əməl olunmasını tələb edən mövqeyi fonunda baş verib.
"Forbes"in təhlilinə görə, 2023-cü ilin noyabrında ikili istifadə üçün nəzərdə tutulan məhsulların dəyəri 8,4 milyon dollara düşüb ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Nəşr qeyd edir ki, 2021-2022-ci illərdə bu qrup malların Rusiyaya ixracında azalma qeydə alınmadığından hazırkı azalma mövsümiliklə izah oluna bilməz.
"Elektrik dövrələrinin dəyişdirilməsi və ya qorunması, habelə elektrik dövrələrinə qoşulmaların aparılması üçün elektrik avadanlıqları" kateqoriyasında olan malların Rusiyaya ixracı ötən ilin sentyabrından azalmağa başlayıb. "Forbes"ə görə, bu kateqoriya siyahıda olan malların tədarükünün ümumi dəyərinin 39% -ni təşkil edir.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR