Türkiyəli daha bir fenomen cütlük haqqında cinayət işi qaldırıldı - FOTO
Türkiyəli daha bir fenomen cütlük haqqında cinayət işi qaldırıldı - FOTO
Türkiyədə tanınmış fenomen cütlük Özlem Öz və Tayyar Öz haqqında Anadolu Respublika Baş Prokurorluğu tərəfindən 4 ayrı cinayət işi üzrə istintaq başladılıb.
Cütlüyə qarşı "Cinayət törətmək üçün təşkilat yaratmaq", "Rəsmi sənədləri saxtalaşdırmaq", "Mal varlığı dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmək" və "Vergi Prosessual Qanununu pozmaq" maddələri üzrə iş qaldırılıb.
Özlem Öz izləyicilərindən gələn sualları cavablandırıb və məsələ barədə məlumatının olmadığını bildirib.
Xəbərdən sonra izləyicilərindən çox sayda mesaj alan Özlem Öz "Instagram" hesabında video paylaşıb və barələrindəki xəbərlərin kim tərəfindən hazırlandığını bilmədiyini deyib.
"Təxmini bir aya yaxındır ki, mənə xəbərləri göndərirsiniz. Haqqımızda müxtəlif xəbərlər yayılıb. Bunların reallığı, kimlər tərəfindən yayıldığı ilə bağlı heç bir məlumatım yoxdur. Tayyar bəy də onsuz da bu gün evdə deyil, "işim var" deyib çıxdı. Ona görə də məndən açıqlama istəməyin. Əsassız xəbərlərdir...
Əsaslı xəbərlər olduğu zaman vəkilim vasitəsilə sizə izahat verərəm. Özbaşıma açıqlama verə bilmərəm. Evimdəyəm, uşaqlarımın yanındayam", - deyə fenomen qeyd edib.
Xatırladaq ki, Engin və Dilan Polat cütlüyünün həbsindən sonra dəbdəbəli həyatları ilə Tayyar və Özlem Öz cütlüyü də gündəmə gəlib. Cütlüyün Səhiyyə Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqələri olduğu və soyadlarını da dəyişdirdikləri iddia edilib.
İki həftə əvvəl açıqlama verən cütlük hüquqşünaslar tərəfindən lazımi məlumatların toplandığını nəzərə çatdırıb.
"İndiyə qədər soyad dəyişikliyi istisna olmaqla, bütün xəbərlər böhtan və qaralamadan ibarətdir. Xahiş edirəm, eşitdiyiniz heç bir şeyə inanmayın. İnşallah, ədalət öz yerini tapacaq", - deyə Özlem Öz bildirib.











Mənbə: Haber Global / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var