Türkiyəli nazirdən Azərbaycanla birgə PUA istehsalı barədə AÇIQLAMA
"Türkiyə və Azərbaycan Qarabağın işğaldan azad edilməsində böyük rezonans yaradan PUA-ların (pilotsuz uçuş aparatı) birgə istehsalı da daxil olmaqla müdafiə sahəsində yeni əməkdaşlıq layihələrini hədəfləyir".
"Hürriyet"in məlumatına görə, bu barədə Antalya Diplomatiya Forumunda iştirak edən Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir danışıb.
"Bir halda ki, Azərbaycanla bağlı "bir millət, iki dövlət" deyirik, buna uyğun davranmalı olduğumuzu düşünürük.
Məsələn, PUA nümunəsindən gedək. Orada bir PUA fabriki yaratmaq nə dərəcədə effektli olar? Belə edək, yoxsa orada başqa istehsal modeli tətbiq edək? İki ölkənin bir-birini tamamlayacağı və gücləndirəcəyi bir əməkdaşlıq barədə düşünürük. Müdafiə sənayesi əhəmiyyətli dərəcədə resurs tələb edən bir sahədir. Resurslarımızı çox effektiv istifadə etməliyik. Bəzi şeyləri təkrar etmək əvəzinə, qoyduğumuz investisiyalar hər iki ölkəyə də faydalı olmalıdır", - deyə İ.Dəmir bildirib.

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?