Türkiyənin ən böyük cinayətkar qruplaşması çökdürüldü
Türkiyənin miqrant qaçaqçılığı ilə məşğul olan ən böyük təşkilatı çökdürülüb.
Publika.az xəbər verir ki, İstanbul Miqrant Qaçaqçılığı ilə Mübarizə Şöbəsi və Sahil Təhlükəsizliyi briqadaları Aralıq, Egey və Qara dənizdə qanunsuz işlər görən təşkilatı "Büyü Bozan" ("Tilsimi Qıran") əməliyyatı çərçivəsində ifşa edib.
Əməliyyat 6 ay davam edib. Polislər bu müddət ərzində özlərini balıqçı kimi qələmə verərək cinayətkarları deşifrə etməyi bacarıb.
Əksəri balıqçı qayığı kapitanı olan təşkilat üzvlərinin əlindən 1470 miqrant xilas edilib.
Qeyd edək ki, əməliyyatın adı təşkilat liderlərindən birinin "üzərimizdə tilsim var, buna görə daim bədbəxtlik yaşayırıq" sözlərindən sonra qoyulub. Cinayətkar qruplaşmanın lideri tilsimi qırmaq üçün Çanaqqaladan İstanbula gedib. Burada bir imamla görüşdükdən sonra üzərindəki tilsimi qırdığını zənn edərək geri qayıdıb. Polisin 9-cu əməliyyatında həmin şəxs də yaxalanıb. Bundan sonra polis əməliyyata "Büyü Bozan" adı verib.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək