Türkiyənin enerji hədəfi: Tam müstəqillik və regional tərəfdaşlıq

Türkiyənin enerji hədəfi: Tam müstəqillik və regional tərəfdaşlıqTürkiyə bu gün qarşısına üç əsas strateji məqsəd qoyub: enerji müstəqilliyinin təmin olunması, müdafiə sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar haqqin.az-a müsahibəsində məlumat verib. Müsahibə Ərzincan Binali Yıldırım Universitetində keçirilən "Türkiyənin enerji və dağ-mədən sənayesi" konfransı çərçivəsində baş tutub.
KONKRET.az xəbər verir ki, nazir son 23 ildə Türkiyə iqtisadiyyatının 230 milyard dollardan 1,3 trilyon dollara qədər artdığını qeyd edib. Bu inkişaf enerji ehtiyaclarının da dəfələrlə artmasına səbəb olub. Bayraktar bildirib ki, Türkiyə hələ də xarici enerji resurslarından ciddi asılı vəziyyətdədir və bu, ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır:
Bu çərçivədə Türkiyənin daxili enerji resurslarının mənimsənilməsinə önəm verdiyini vurğulayan Bayraktar, Şırnak vilayətində yerləşən və ölkənin ən böyük neft yatağı sayılan Qabar dağını misal çəkib. 30 ilə yaxın PKK-nın nəzarətində olmuş bu bölgə 2019-cu ildən etibarən neft hasilatı üçün fəal şəkildə istifadə olunur.
Nazir həmçinin beynəlxalq enerji layihələrində Azərbaycanın strateji tərəfdaş rolunu xüsusi vurğulayıb. Hazırda Türkiyənin dörd gəmisinin müxtəlif bölgələrdə karbohidrogen axtarışları apardığını, eyni zamanda Azərbaycan, İraq, Liviya və Nigerlə birgə layihələrin reallaşdırıldığını, Somalidə isə kəşfiyyatın tamamilə Türkiyə tərəfindən həyata keçirildiyini qeyd edib. Ankara həmçinin Türkmənistan qazının Avropaya Türkiyə üzərindən daşınması istiqamətində konkret addımlar atır.
Bayraktar ölkədə tikilməkdə olan ilk atom elektrik stansiyası – "Akkuyu" AES-in tam güclə fəaliyyətə başladıqdan sonra Türkiyənin elektrik enerjisi tələbatının 75%-ni qarşılayacağını bildirib. O, eyni zamanda dövlətin enerji xərclərinə verdiyi dəstəyi də vurğulayıb:
Bayraktar xatırladıb ki, 2002-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəlməzdən öncə, ölkədə təbii qaz cəmi 5 vilayətdə mövcud idi. O dövrdə bütün ölkə üzrə qazlaşdırma vədi qeyri-real görünürdü. Lakin 23 il sonra qaz artıq ölkənin bütün 81 vilayətinə çatdırılıb. Nazir bu nailiyyəti dövlətin məqsədyönlü siyasətinin və müstəqillik yolunda ardıcıl addımların göstəricisi kimi dəyərləndirib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 may 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler futbol xeberleri xəbər az sou biznes