Türkiyənin nüvə silahları dünyanı QORXUYA SALDI: ABŞ və İsrail hərəkətə keçdi - FOTOLAR
İraqı kimyəvi silah bəhanəsilə işğal edən, İranı isə nüvə silahı istehsalına görə mühasirəyə alan ABŞ gözünü indi də Türkiyəyə dikib.
Publika.az xəbər verir ki, ABŞ və İsrail mediası Türkiyənin gizli şəkildə nüvə silahı istehsal etdiyi təəssüratını yaratmaq üçün təxribat törədir.
ABŞ Milli Təhlükəsizlik Arxivi bəzi keçmiş sənədlər üzərindəki gizlilik qadağasını ləğv edib. Bu sənədləri dərc edən "Foreign Policy" (FP) "Türkiyənin uzun müddətdir ki, nüvə xəyalları var" başlıqlı xəbər yayımlayıb.
Xəbərdə "Ankara 1960-cı illərdən bəri nüvə silahı istehsal etməyi düşünür" sözlərinə yer verilib. Davamında isə Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı çıxışına işarə edərək "Türkiyənin nüvə bombası istəyi yeni deyil" şərhi verilib.
"Foreign Policy" yayımladığı 1966-cı il tarixli sənəddə ABŞ səfiri Parker T. Hartın imzası ilə ABŞ Dövlət Departamentinə göndərilən məlumatı paylaşıb. İddiaya görə, Türkiyə Mədən Tədqiqatı və Axtarışı Baş Katibliyinin rəsmiləri General Rəfiq Tulqa ODTÜ fiziki Ömər İnönüyə atom bombası təkmilləşdirmə proqramının tərtibatı üçün əməkdaşlıq təklif edib. Eyni sənəddə o dövr üçün İstanbulda 200 meqavatlıq nüvə reaktoru qurulması planlaşdırıldığı iddia olunub.
Bundan başqa, İsraildə də 1 aydır ki, Türkiyənin nüvə silahı izinə düşdüyü haqqında xəbər və şərhlər diqqət çəkir. Bu xəbərlərdən biri İsrail hökumətinə yaxınlığı ilə tanınan Milli Təhlükəsizlik Araşdırma Mərkəzindənm gəlib. Mərkəz yayımladığı sənəddə Türkiyənin hərbi nüvə texnologiyasına sahib olmaq niyyətində olduğu bildirilib.
Durumun yalnız İsrail üçün deyil, dünyanın supergücləri üçün təhdid yaratdığı vurğulanıb. Rusiya ilə birgə qurulan nüvə stansiyasına diqqət çəkən mərkəz bu dövr ərzində Türkiyənin hərbi nüvə potensialını genişləndirə biləcəyinə diqqət çəkib.
Zümrüd

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib