Türkiyənin ordusu Əsədin qoşunlarını bu sistemlə məhv edib - Uğurlarının GİZLİ SƏBƏBİ
Türkiyənin Hava Hücumundan Müdafiə Radio Şəbəkə Sistemi (HSTA) idarəetmə mərkəzindəki Silahlı Pilotsuz Uçuş Aparatı pilotlarının həm döyüş təyyarələri, həm də cəbhədəki qoşunlara saniyələr içində əlaqə qurmasını təmin edir.
Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi şifrəli sistemin İdlibdə uğurla istifadə edildiyini bildirib.
Müdafiə Sənayesi Nazirliyinin 8 il əvvəl milliləşdirməyə başladığı HSTA bu gün dünyanın diqqət kəsildiyi İdlibdə Silahlı Pilotsuz Uçuş Aparatlı konseptli hava hərəkatına damğa vurub. Hərbi Hava Qüvvələri Komandanlığının istifadə etdiyi Pilotsuz Uçuş Aparatı üçün nəzərdə tutulan versiyası İdlibdəki hava əməliyyatında ANKA-S tərəfindən istifadə edilib. Sistem kripto-xüsusiyyəti sayəsində xəbərləşmə əsnasında sızmaların qabağına keçir. Beləliklə, əməliyyat zamanı qoşunların təhlükəsiz yerləşdirilməsinə vasitəçilik edir.
HSTA istehsalçısı olan "ONUR Mühendislik" şirkətinin baş direktoru Noyan Dede əməliyyatların böyük qisminin bu sistem vasitəsilə həyata keçirildiyini və uğurlu nəticələr alındığını deyib: "Bu sistemin dünyada hələ heç bir ekvivalenti yoxdur. Sistem hərəkət edən hədəflərin real vaxtda işarələnməsini və koordinatların dərhal digər döyüş elementləri ilə paylaşılmasını təmin edir. Sistem təyyarədəki radiodan bir rele olaraq istifadə edərək yerdəki elementlərə rabitə dəstəyi verir. Məsələn, coğrafi maneələr səbəbindən bir-biri ilə radio zəngləri edə bilməyən elementlər ANKA-dakı radio relesi sayəsində sistemə daxil olur".

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək