Türkiyənin rekord qıran PUA-sından ŞAD XƏBƏR: yaxın zamanda...
Türkiyə Aviasiya və Kosmik Sənaye A.Ş. "Aksungur" (ANKA-2) pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin müdiri, professor Temel Kotil bildirib.
O, "ANKA-1"dən əldə edilən təcrübə əsasında ərsəyə gətirilən ikimotorlu aparatlarla bağlı bəzi çətinliklərlə üzləşdiklərini qeyd edib: "Hər nə qədər Türkiyəyə rəsmi sanksiya tətbiq olunmasa da, alt sistemin tədarükündə çox çətinlik çəkirik. Xaricə sifariş veririk. Məhsul kodu ilə sifariş verdiyimiz halda, qapalı bağlama yerinə açıq bağlama gəlir. Gecikmələr də çox yaşanır".
Onun sözlərinə görə "ANKA-2" seqmentinin məhsulları ilə müqayisədə daha çox yük daşıya və daha çox havada qala bilir. Həmçinin daha uzaq məsafədən idarəsi mümkündür. Beləliklə, Türkiyənin istənilən bölgəsinə hərəkət mərkəzindən gedib-gələ biləcəklər.
Aparatların yaxın zamanda dünya turuna çıxa bilən versiyaları da olacaq.
"Aksungur"un Türkiyə Hərbi Hava Qüvvələrindəki döyüş təyyarələrinin gerçəkləşdirə biləcəyi bəzi hücum əmrlərini yerinə yetirməsi gözlənilir. Bunun sayəsində döyüş təyyarələrinin gövdəsinin ömrünü uzatmaq planlaşdırılır.
Qeyd edək ki, "Aksungur" sınaq uçuşlarında 40 min fut yüksəkliyə qədər çıxmış və 49 saat ərzində havada qalaraq rekord qırmışdı.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı