Türkiyənin yeni peyki orbitə buraxıldı
Türkiyənin "TürkSAT 5B" süni peyki dekabrın 19-da Ankara vaxtı ilə saat 06:58-də (Bakı vaxtı ilə saat 07:58) orbitə göndərilib. Bu peykin fəaliyyətə başlaması ilə Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.
Publika.az xəbər verir ki, "TürkSAT 5B" süni peyki ABŞ-ın Florida ştatındakı "Cape Canaveral" kosmodromundan "Falcon-9" kosmik daşıyıcısı ilə orbitə buraxılıb.
Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Cənubi Afrika və Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcək.
Yeni peykin istismara verilməsi ilə "TÜRKSAT A.Ş."ə aid rabitə peyklərinin sayı beşə çatdırılıb. Bildirilir ki, "TürkSAT 5B"nin manevr ömrü 35 ildən çox nəzərdə tutulub.
Qeyd edə bilərik ki, peyk-rabitə şəbəkəsi günü-gündən inkişaf edir. "TürkSAT 5A" cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib. Qardaş ölkənin milli istehsalı olan "TürkSAT 6A" peykinin 2023-ci ildə orbitə buraxılmazı nəzərdə tutulur. "TürkSAT 6A" peyki ASELSAN başda olmaqla Türkiyənin aparıcı şirkətləri tərəfindən istehsal olunacaq.

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgilidir?
Məşhur aktyor SAXLANILDI
"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert
Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Neft ucuzlaşdı
Pentaqonda həyacan: Təhlükəli maddə tapıldı və
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı
"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi
Çexiyada ana yenidoğulmuş körpəsini itlərə yedirdib
İrəvan Moskvadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi
Azərbaycanda dəhşətli qətl baş verdi
Ağdaşda ildırım düşən yük avtomobili yandı