Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur
Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Türkiyə xalqının yaddaşına "bir millətin azadlıq günü" kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
Publika.az xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına dərin izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, italyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.
Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mübarizəsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə-gündüz döyüşən türklər avqustun 23-də düşmənin irəliləməsinin qarşısını alaraq ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu geri çəkilməyib, düşmənin hücumlarının qarşısını igidliklə alıb.
Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların başlanması da avqusta təsadüf edib. 1922-ci avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrilib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq