Türkiyəyə səfərlər ucuzlaşıb - AÇIQLAMA
Türkiyəyə səfərlər ucuzlaşıb - AÇIQLAMA
Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 vilayətdə ciddi dağıntılara, böyük insan itkisinə səbəb olan zəlzələ ölkənin turizm sektoruna necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, zəlzələ bölgəsi Türkiyənin əsas turistik rayonlarından uzaq olsa da, bu ölkəyə turist axınına təsirsiz ötüşməyəcək.
"Amma insanlar Türkiyədə, əsasən, yay aylarında istirahət edirlər, yəni zəlzələnin psixoloji təsirindən çıxmaq üçün hələ vaxt var. Problem yaransa belə, fors-major qaydalarına uyğun olaraq turizm şirkətlərinə tur paketlərin ləğvi barədə məlumat göndərilir. Müştərilərin ya pulu qaytarılır, ya da növbəti səfərə təxirə salınır. Hazırda bizim fevralın 23-nə İstanbula qrup turumuz var. Hələ ki, heç bir problem yaşanmayıb. Əgər hər hansı problem yaranarsa, aviaşirkətlər sərnişinlərin pulunu cəriməsiz qaytarırlar", - deyə turizm eksperti qeyd edib.
Ə.Şiriyev bildirib ki, turist axınını təmin etmək üçün endirimlər də gözləniləndir.
"Dünyanın bir çox ölkələrindən Türkiyəyə turist axını var. Ancaq hər bir halda zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək və azalmalar müşahidə olunacaq. Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlər zəlzələdən sonra Türkiyəyə olan paketlərə endirim edirlər. Bunun da əsas səbəbi əvvəlki kimi tələbin olmaması ilə bağlıdır", - deyə Ə.Şiriyev vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Gecə isə Hatayda 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ olub. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu