Türkmənbaşıdan maraqlı qərar - Aşqabadın mərkəzində ona heykəl qoyulacaq - FOTO
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda türkmən qoyun iti cinsi alabaya heykəl qoyulması haqda göstəriş verib.
"Azadlıq" radiosu xəbər verir ki, prezidentin sərəncamı noyabrın 6-da Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıq zamanı səslənib.
Berdıməhəmmədovu Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıqda şəhərin icra hakimi Şammuhammet Durdılıyev müşaiyət edib. Dövlət başçısına şəhərdə tikilən binaları və digər qurğuları göstəriblər. Planlaşdırılan layihələr arasında alabayın böyük heykəlinin qurulması da yer alır.
Televiziya ilə yayılmış kadrlara əsasən prezident tikinti layihələrinin çertyojları üzərində nələrisə göstərir, məmurlara nəsə izah edir. Hansısa məqamda o, barmağını alabayın monumentin tərəf tuşlayır, amma məmurlara nə dediyi məlum olmur.
Xatırladaq ki, Berdıməhəmmədov bu yaxınlarda alabay haqda kitabını hökumətin iclasında təqdim edib. Türkmənistan prezidentinin bu kitabı ilə bağlı günlərlə təntənəli mərasimlər keçirilib, musiqiçilər tezliklə türkmənbaşının alabay haqda şerinə mahnı da bəstələyiblər. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib