Türkmənistanda ŞOK QADAĞA: Sərhəd 45 kilometr irəli çəkildi - FOTO
Türkmənistanın Balkan vilayətinin Qaraboğaz şəhərində (keçmiş Bekdaş kəndi) sərhədçilər yerli sakinlərin dənizə çıxmasının qarşısını almaq üçün dövlət sərhədini 45 kilometr irəli çəkib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, sərhədçilər Xəzər dənizi ilə sahil boyu keçən yol arasında üç metr dərinlikdə xəndək qazaraq tikanlı məftillər çəkiblər.
Belə ki, yerli sakinlər Qazaxıstanla sərhəddən ən azı 45 kilometr aralıda olduqlarını bildirirlər.
Onların fikrincə, sərhədçilər ölkə rəhbərliyindən xəbərsiz fəaliyyət göstərirlər. Onlar üzmək istəyənlərə heç nə izah etmir və heç bir sənəd göstərmirlər. Bu addım vətəndaşların etirazına səbəb olub.
"Dənizkənarı bir şəhərdə yaşayırıq. Burada ailələr əsasən kasıblardır, dənizdən başqa əyləncəmiz yoxdur", – deyə yerli sakin bildirib.
Göründüyü kimi, sərhədçilər COVID-19 pandemiyası zamanı qoyulan dənizdə çimmək qadağasını tətbiq etməyə davam edirlər, çünki qadağanın rəsmi olaraq ləğvi elan olunmayıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi