Uçot dərəcəsi yenə artırıldı - Hansı təsirləri olacaq?
"Mərkəzi Bank uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırdı. Son dönəmlər FED və MB-nin monetar siyasətində bir sinxronluq müşahidə edilir ki bu da başa düşüləndir. Çünki qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələxsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınmışdır".
azxeber.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert qeyd edib ki, uçot dərəcəsinin yenidən qaldırılmasının səbəbinin ən sadə dildə ifadəsi budur ki, uçot dərcəsi artırılırsa, əsas məqsəd infilyasiyanın cilovlanmasıdır: "Tərs anlamda desək, uçot dərəcəsi artırılırsa, deməli infilyasiya səngimir ki, bu addım atılır. Digər bir maraqlı məqam, Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq".
O, həmçinin bildirib ki, ilk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər: "Yəni əgər infilyasiya 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır. Axı uçot dərəcəsini qaldırılması həm də iqtisadi aktivliyi boğur. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. Və bu yuxarıda qeyd etdiyim kimi həm xarici, həm də daxili faktorlardan dolayi vacibdir. May ayının 3-ündə bu məsələ ilə bağlı növbəti qərar veriləcəkdir. 8%-li proqnozu təkrar yadımıza salsaq deyə bilərik ki, mayda uçot dərəcəsində yenə də artım olma ehtimalı çoxdur".
Ekspert gözlənilən təsirlərdən də danışıb: "Uçot dərəcəsinin artırılması zamanı daha çox verilən sual manatın taleyilə bağlı olur. Manatla bağlı onu demək olar ki, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli hələlik manatın məzənnəsilə bağlı hər hansı bir qorxu yoxdur. Cilovun nə qədər vaxt saxlanıla biləcəyi isə bir çox faktordan asılıdır".
Aydın
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti