"Üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır" - Putin
"Regionda kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır".
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın dövlət başçısı Vladimir Putin oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
"Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirməli olduğu missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə minnətdaram", – o vurğulayıb.
"Bu gün isə təbii ki, hazırda yaranmış vəziyyətdən danışmaq, indiyədək həll olunmamış məsələlərin həll yollarını axtarmaq lazımdır. Bununla bağlı iqtisadi baxımdan vacib məqamı qeyd etmək istərdim: biz üçtərəfli işçi qrup yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, bu məsələ ilə bağlı da əlavə impulsa ehtiyac var. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir", – V.Putin bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü