Ucuz spirt faciəsi: Öldürən etildir, yoxsa metil? - AÇIQLAMA

Ucuz spirt faciəsi: Öldürən etildir, yoxsa metil? - AÇIQLAMA"Metil spirtinin digər adı taxta spirtdir. Bunun daxilə qəbulu, ümumiyyətlə, qadağandır. Ondan az miqdarda – 30 ml-dən 200 ml-ə qədər daxilə qəbul etdikdə ölümlə nəticələnə bilir. Etil spirti isə insanlar tərəfindən çox istifadə olunur və su ilə qarışdırdıqda 40 faizlik araq əldə edilir".
KONKRET.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) baş toksiokoloqu Azər Maqsudov deyib.
O bildirib ki, etil spirtinə su qatmaqla spirtli içki kimi istifadəsi geniş yayılmış haldır:
"Bu, dozanı aşmadığın halda ölümcül vəziyyət yaratmır. Ümumilikdə isə spirtli içki ürək, beyin, qaraciyərin fəaliyyətini pozur və qəbulu məsləhətli deyil. Metil spirti isə toksik məhluldur".
A.Maqsudov əlavə edib ki, metil spirtini gigiyenik vasitə kimi istifadə etmək olar:
"Metil spirtini dəriyə tətbiq etdikdə həssas adamlarda allergik reaksiya yarada bilər, lakin daxilə qəbulu birmənalı şəkildə qadağandır, çünki toksik məhlul olduğu üçün ölümlə nəticələnir".

O bildirib ki, apteklərdə həm etil, həm də metil spirtinin satışı həyata keçirilir:
"Apteklərdə dezinfeksiya məqsədilə satılan texniki spirtin tərkibində də yarıbayarı metil spirti olur. Metil spirti tam dozada isə texniki məqsədlər üçün istifadə olunur. Məsələn, sürücülər bu məhlulu tam dozada antifriz kimi istifadə edirlər.
Apteklərdə satılan texniki spirt (tərkibində metil olan) etil spirtindən fərqli olaraq daha ucuz olur. Təəssüf ki, maddi imkanı olmayanlar da ucuz olduğuna görə, texniki spirti daxilə qəbul edirlər və nəticədə fəsadlar, ölüm halları yaşanır".
Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun yaydığı məlumata görə, 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
Qeyd edək ki, Sabunçu və Nizami rayonlarında daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Sağlamlıq       Tarix: 26 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


azerbaycan xeberleri son xeberler yeni xeberler bugun xeberler valyuta mezenesi cəbhədən son durum en son xeberler