"UFC kəmərini qazanıb, qardaşıma həsr etmək istəyirəm" - Nəriman Abbasov

"UFC kəmərini qazanıb, qardaşıma həsr etmək istəyirəm".
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın MMA idmançısı Nəriman Abbasov deyib.
O, UFC üçün tanıtım məqsədilə çəkilmiş videoçarxda sentyabrın 6-da keçiriləcək döyüşündən danışıb: "Adım Nəriman Abbasovdur. IK Fighting və "Qəbələ" İdman Klubunu təmsil edirəm. "Dana White"s Contender Series" turnirinə ancaq qələbə dalınca gəlmişəm. Həmin gün axşam möhtəşəm qələbəmi görəcəksiniz. Universalam, UFC-də hər cür – ayaqüstü və parterdə döyüşməyə hazıram. Hər bir idmançı ilə də döyüşməkdən çəkinmirəm".
Abbasov 2020-ci ilin fevralında dəm qazından dünyasını dəyişmiş qardaşının ona güc verdyini bildirib: "Qardaşım Arzuman üçün döyüşürəm. Hər qələbə qazananda bilirəm ki, o mənə baxır və sevinir. Bu, mənim ən böyük qələbəmdir. O, mənə həmişə deyirdi ki, nə vaxtsa UFC-də döyüşəcəksən. Şükürlər olsun ki, gəlib UFC-yə çıxmışam. İndi o olmasa da, bilirəm ki, həmişə yanımdadır, məni izləyir və sevinir. O, evdə çimərkən dəm qazından zəhərlənib və dünyasını dəyişib. Əlbəttə, mənim üçün çox böyük itki olub. Onunla çox yaxın idik. Ölümündən sonra hardasa 2-3 ay özümə gələ bilməmişəm. Vaxt olub ki, idmandan uzaqlaşmaq istəmişəm. Sonra müəllimim Şəhriyar Abbasov mənə deyib ki, qələbə qazanmaqla onu sevindirməlisən. Mən ancaq qələbə qazanmaqla onu sevindirmək istəyirəm".
Ardıcıl 13 döyüşdür uduzmayan 28 yaşlı idmançı UFC kəmərini qazanmaq istədiyini söyləyib: "Hazırda 31 peşəkar döyüşdən 28 qələbə və 3 məğlubiyyətim var. "AMC Fight Nights"ın çempionuyam. 4 dəfə kəmərimi müdafiə etmişəm. UFC kəmərini qazanıb, qardaşıma həsr etmək istəyirəm. Bu mənə çox güc verir. UFC-də döyüşəcək ilk azərbaycanlı kimi tarix yazıram".

İdman       Tarix: 05 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri yeni xeberler son xeberler iqtisadiyyat xeberleri bugun sonxəbər sou xeberler bugun son xabar