UFC ulduzu Rafael Fiziev Bank Respublikanı seçdi - FOTOLAR
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluk əməkdaşlığı müqaviləsi imzalayıb.
Bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.
Əməkdaşlıq sazişi Bakıdakı Four Seasons Hotel-də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə "Bank Respublika"nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də yer aldı.
"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov tədbirdə çıxış edərək bildirib ki: Bank Respublika olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək.
Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki, "Bank Respublika"nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb. "Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var.
Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində iştirak edəcək.
Bank Respublika bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.
Qeyd edək ki, Bank Respublika ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər etmişdir. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu bununla bağlı sosial şəbəkə səhifəsində "Qarabağ – Azərbaycandır!" paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanmışdır.






/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır