Ukrayna Azərbaycanlıları Radası "Etnik Çələng" festivalında - FOTOLAR
Ukrayna Azərbaycanlıları Radası "Etnik Çələng" («Етнічний віночок») festivalında iştirak edib.
Publika.az xəbər verir ki, "Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!" şüarı ilə keçirilən festival Ukraynanın Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunub.
Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyadının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.
Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycanla yanaşı rekord sayda, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbadov Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısı ilə təmsil edib.
Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi - Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda "İlk dəfə. İT texnologiyaları" nominasiyasında yeni rekord hesab olunur!
Bayraq günün mübarək, Ukrayna! Müstəqillik günün mübarək, Ukrayna! Слава Україні!
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq