Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ BU OLACAQ – SENSASİON MƏLUMATLAR

Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ BU OLACAQ – SENSASİON MƏLUMATLARUkrayna Təhlükəsizlik Xidməti (SBÜ) tərəfindən həyata keçirilən "Pautina" (Tor) adlı xüsusi əməliyyat beynəlxalq miqyasda rezonansa səbəb olub.
KONKRET.az xəbər verir ki, hərbi ekspertlər və siyasi müşahidəçilər bu hücumun "Rusiya üçün öz Perl-Harburu" olduğunu qeyd edirlər. Bəzi dəyərləndirmələrə görə, bu əməliyyatın uğuru hətta İsrailin məşhur "Pager" əməliyyatını da kölgədə qoyur.
Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ BU OLACAQ – SENSASİON MƏLUMATLARƏməliyyat zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinin strateji bombardmançı təyyarələri – Murmanskdan İrkutskadək bir neçə hərbi bazada – bir neçə dalğada kiçik, lakin dəqiq idarə olunan dronlarla vurulub. Rusiya tərəfinin verdiyi təyyarə itkisi ilə bağlı rəsmi məlumat yoxdur, lakin Ukrayna mənbələri 41 strateji bombardmançının sıradan çıxarıldığını bildirir. Bu təyyarələrin əksəriyyəti hələ sovet dövrünə aid olan, tam yenilənməmiş modellərdir və onların bərpası texniki və maliyyə baxımından qeyri-mümkündür.
Əməliyyat Rusiya ordusunun zəifliklərini və texnoloji geriliyini bir daha ortaya qoydu. Ən təhlükəli məqam isə odur ki, bu strateji zərbə Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurub və Stambulda aparılan danışıqlarda rus nümayəndə heyətinin mövqelərini zəiflədib. Ukrayna isə bu faktlardan effektiv şəkildə istifadə edərək dünya ictimaiyyətinə döyüş meydanında hələ sözünü deməyə qadir olduğunu sübut edib.
Bununla belə, hərbi ekspertlər xəbərdarlıq edirlər ki, bir uğurlu əməliyyat müharibənin taleyini dəyişməyə yetərli deyil. Rusiya Ukraynaya qarşı uzunmüddətli, quru döyüşlərinə əsaslanan, tükəndirmə strategiyası yürüdür və strateji bombardmançıların itkisi bu balansda həlledici rol oynamır.
Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ BU OLACAQ – SENSASİON MƏLUMATLARBəzi rus analitiklərinin fikrincə, strateji aviasiyanın sıradan çıxması hətta orduda müəyyən rahatlıq yaradıb. Bu təyyarələrin saxlanılması və texniki baxımı çox baha başa gəlirdi və illərlə davam edən büdcə yükü artıq ortadan qalxıb. Digər tərəfdən, əməliyyatın 1,5 ilə hazırlandığı nəzərə alınsa, Moskva bu istiqamətdə yaxın vaxtlarda yeni təhlükə gözləmir.
Lakin müstəqil ekspertlərin çoxu hesab edir ki, Ukrayna kəşfiyyatı növbəti zərbəni Rusiya nüvə triadasının daha kritik komponentinə – strateji sualtı qayıqlara endirə bilər. Bu isə tamamilə yeni və daha təhlükəli mərhələnin başlanğıcı olar.
Nəticə etibarilə, "Pautina" əməliyyatı Ukrayna üçün mühüm psixoloji və texnoloji qələbə oldu. O, həm də göstərdi ki, müasir müharibələrdə yeni nəsil silahların və kreativ yanaşmanın rolu hərbi-siyasi müstəvidə həlledici ola bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 iyun 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri