Ukrayna səfiri humanitar yardım üçün Prezident İlham Əliyevə təşəkkür etdi
Göndərilən humanitar yardıma görə Ukrayna və Ukrayna xalqı adından Azərbaycan rəhbərliyinə, o cümlədən Prezident İlham Əliyevə təşəkkür edirəm.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
"Şübhəsiz ki, Ukraynadakı ağır situasiyada həyata keçirilən bu humanitar yardım Azərbaycanla Ukrayna arasında yüksək strateji tərəfdaşlığın səviyyəsinin göstəricisi, parlaq nümunəsidir", – səfir əlavə edib.
Səfir diqqətə çatdırıb ki, humanitar yardımın göndərilməsi Ukrayna ilə Azərbaycan xalqları arasında dostluğun daha bir sübutudur.
"Bu yardım həqiqətən bizə lazımdır", – diplomat vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir.

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik