Ukrayna sülhməramlıları Kosovonu TƏRK EDİR
Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çəkməyə qərar verib.
KONKRET.azUNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığından məlumat verilib.
Söhbət NATO-nun rəhbərliyi altında Kosovoda fəaliyyət göstərən Beynəlxalq Sülhməramlı Qüvvələrdən (KFOR) gedir. Hazırda orada NATO rəhbərliyi tərəfindən 40 ukraynalı hərbçi yerləşdirilib.
Bildirilir ki, hazırda hərbçilərin Ukraynaya qaytarılması üçün tədbirlər görülür.
Buna səbəb Ukrayna prezidentinin "Sülhün və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq əməliyyatlarda iştirak edən milli kontingentin və milli heyətin geri çağırılması haqqında" 2022-ci il 7 mart tarixli 114 nömrəli sərəncamı olub.
Qeyd edək ki, iyulun 31-də Kosovoya səyahət qaydalarının dəyişdirilməsi ilə əlaqədar ölkənin şimalında silahlı toqquşmalar başlayıb. Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib. Bunun ardınca KFOR kontingenti Kosovonun şimal rayonlarının sabitliyinə təhlükə yaranarsa, vəziyyətə müdaxilə etməyə hazır olduqlarını bəyan edib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?