Ukrayna üçün sülh formulu - Qarabağa təhlükə var?

Ukrayna üçün sülh formulu - Qarabağa təhlükə var?Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin may ayına aid bəzi bəndlər yeni mətnə daxil edilib.
KONKRET.az xəbər verir ki, Prezident Ərdoğandan gəldiyi deyilən təklifin qayəsində mövcud cəbhə xətti boyu müharibənin dondurulması, Rusiya işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər dayanır.
Maraqlıdır ki, Rusiya lideri Putin plana etiraz bildiməyib. Ukrayna isə bunu konfliktin dondurulması və Moskva üçün sərfəli variant hesab edərək, hələlik məqbul saymır. Əlbəttə, son söz Ukrayna xalqınındır. İstənilən halda, bu bir təklif. Hərgah Türkiyə planının Kiyevdən ötrü bir neçə üstünlüyünü qeyd etməyə dəyər. Əslində layihə Ukrayna üçün daha əlverişli hesab oluna bilər. Ən azından tərəflərin şansları bərabər görünür.
Əvvəla, bu formula əsasən, Rusiya qalib deyil, ümumiyyətlə qalib yoxdur. Prezident Putin qalib qismində öyünə bilməyəcək. Zatən, Türkiyə rəhbərliyi həmişə bəyan edib ki, bu müharibə-münaqişənin qalibi ola bilməz və olmayacaq. Onun uzanması isə Ukrayna və Rusiya da daxil, bəşəriyyətə, qlobal iqtisadiyyata dəhşətli ölçüdə ziyandır. Eyni zamanda, qardaş ölkə bu xüsusda getdikcə daha qəliz seçim qarşısında qalmaq riskindən qurtulmuş olacaq. Dünyaya nüvə təhdidinin aradan qalxması da öz yerində…
İkincisi, sülh formulu beynəlxalq hüquqa zidd deyil. Referendumlara qədər Ukraynanın ərazi bütövlüyü mübahisə mövzusu olmayacaq. Referendumlar isə yalnız Kiyevin (mərkəzi hökumətin) razılığı ilə baş tutacaq. 2040-a kimi isə mübahisəli ərazilərdə əhalinin vəziyyəti dəyişə bilər. İnsanlar adətən daha yaxşı, daha təminatlı və təhlükəsiz gələcəyə səs verir.
Bunun üçün Ukrayna ona qədər güclü, inkişaf edən, hüquqi-demokratik, müasir dövlətə çevrilməyi bacarmalıdır. Müqayisədə onun şansı daha böyükdür. Çünki Rusiya bir imperiya. Heç kəs zəmanət verə bilməz ki, 10-15 ilə ondan nə qalacaq.
Nəhayət, unudulmamalıdır ki, belə münaqişələr üçün ideal təklif olmur, olmayacaq. İdeal variant Ukraynanın Azərbaycan kimi silah gücünə öz ərazi bütövlüyünü bərpa etməsi olardı. Ukrayna yaxın illərdə buna qadir olacaqmı, yoxsa Azərbaycan kimi ona güclü ordu qurmaq üçün müəyyən vaxt, illər lazımdır? Suala cavabı ilk növbədə bu dövlətin yeni legitim hakimiyyəti öz xalqı ilə birgə tapmalıdır…
Bəs Türkiyənin sülh formulu başqa ölkələr üçün prezident yarada bilərmi? Məsələn, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələri üçün? Yarada bilər. Qarabağ üçün necə? Xeyr. Çünki Qarabağ artıq işğal altında deyil. Digər yandan, belə bir məsələ gündəmə gələrsə, Azərbaycan Ermənistandan zorla çıxarılmış soydaşlarımızın məsələsini qaldıra bilər – "güzgü prinsipi" üzrə. İrəvan buna etiraz edə bilməyəcək, çünki işğaldan sonra status-kvo bərabərləşib.
Amma erməni işğalı dövründə belə risk mövcud olub. Məlumdur ki, ATƏT-in Minsk Qrupu gələcəkdə (tarix müəyyən deyildi) keçmiş DÜMV ərazisində beynəlxalq nəzarət altında referendum keçirməyi təklif edirdi. Nə yaxşı ki, müzəffər ordumuz MQ-nin özünü də tarixin arxivinə göndərdi.
Qısası, qardaş ölkənin Ukrayna ilə bağlı sülh forumunun Qarabağa yaxından-uzaqdan heç bir neqativ təsiri gözlənilmir. Türkiyənin isə ən etibarlı moderator, ən qərəzsiz vasitəçi və böyük regional güc kimi beynəlxalq imicini bununla daha da möhkəmlənə bilər. Plan reallaşsa da, reallaşmasa da.
Həmçinin, Ankaranın nə vaxtsa yenidən bu statusda ən arzu edilən yeganə paytaxt olacağı istisna deyil. Çünki bu hələlik təkliflərin ən yaxşısı. Səbəb də o ki, qardaş ölkə gerçəkdən ən neytral vasitəçi kimi sülhdə səmimi şəkildə hamıdan çox maraqlı olan bir dövlət.. (Musavat.com)

Siyasi       Tarix: 12 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xabar az son xeber axsam.az xeberler