Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanla bağlı bəzi ədalətsiz tənqidlərə sərt reaksiya göstərib.
KONKRET.az Axar.az-a istinadən Hulusi Kılıçın sosial şəbəkə hesabında paylaşımını təqdim edir:
Kimə xidmət edirsiniz?
Can Azərbaycanımıza və Cümhurbaşqanı Əliyevə qarşı yönəlmiş məsuliyyətsiz, ədalətsiz və məlumatsız hücumları qətiyyətlə pisləyirəm.
İki dövlət arasında soyuqluq yaratmağın kimə xidmət olduğunu bilirsinizmi? İlk növbədə bunu yadda saxlayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və ya xarici siyasətinə qarışmaq heç kimin haqqı və ya həddi deyil.
İstər bəyənin, istər bəyənməyin – susun və yerinizdə oturun.
Biz bir ailəyik. Azərbaycana hücum ailəyə edilən hücumdur.
Lütfən, yazdıqlarımı diqqətlə oxuyun:
– Azərbaycan Türkiyədəki nəhəng investisiyaları ilə milyonlarla Türkiyə vətəndaşını işlə təmin edir;
– Türkiyədə hər hansı yanğın və ya təbii fəlakət baş verdikdə, Azərbaycan hadisə yerinə ilk çatan və oradan ən son ayrılan tərəf olmuşdur;
6 fevral zəlzələlərindən dərhal sonra bölgəyə ilk çatan, ən uzun müddət qalan, ən çox yardım göstərən və Qəhrəmanmaraşda yüzlərlə ev və iş yeri inşa edən məhz Azərbaycan oldu;
– Cümhurbaşqanı sayın Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və gücləndirilməsi istiqamətində xüsusi səylər göstərir. O, 3 oktyabr 2009-cu ildə Naxçıvan Zirvə Görüşünə ev sahibliyi etməklə, TDT-nin təməli sayılan Türk Şurasının yaradılmasında həlledici rol oynamışdır.
Həmin dövrdə Bakıda səfir kimi fəaliyyət göstərdiyim üçün sayın Əliyevin xidmət və fədakarlığının şəxsən şahidi olmuşam;
– Prezident sayın Əliyev Şimali Kipr Türk Respublikasının (ŞKTR) tanınması üçün əlindən gələni edir. O, ŞKTR Prezidenti Ərsin Tatarı Azərbaycana səfəri zamanı yüksək dövlət başçısı protokolu ilə qarşılamışdı.
Hörmətli Əliyev ŞKTR-in TDT-yə müşahidəçi üzv kimi qəbul edilməsi üçün yorulmadan çalışmışdır;
– Hörmətli Prezident Əliyev Azərbaycan və ŞKTR parlamentləri arasında dostluq qrupunun yaradılması barədə göstəriş vermişdir.
Parlamentlərarası dostluq qrupu 2025-ci ildə fəaliyyətə başlamışdır.
Sizdən soruşuram: ŞKTR-ə bu dərəcədə yaxın dost və qardaş hesab etdiyiniz başqa bir ölkə varmı?
– Bundan əlavə, Prezident Əliyev ötən il ADA Universitetində keçirilən (mənim də iştirak etdiyim) beynəlxalq konfransda bir suala cavab olaraq dediyi kimi, 2024-cü ildə gərgin olan Türkiyə-İsrail münasibətlərinin yumşalması üçün BMT Baş Assambleyası çərçivəsində Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Nyu Yorkdakı Türk Evinə gəlməsində mühüm rol oynadı.
Azərbaycan-İsrail münasibətləri siyasi və strateji əməkdaşlığa əsaslanır;
– İsrail Azərbaycana ən qabaqcıl və müasir silahlarını verdi, o silahlar İkinci Qarabağ savaşında istifadə olundu. Ermənistanın müraciətlərinə baxmayaraq, İsrail həmin silahları Ermənistana vermədi;
– Qarabağ müharibəsi dövründə ABŞ-dakı yəhudilər erməni lobbisini susdurdu;
– İsrail Avropa və ABŞ-da hər zaman Azərbaycanı dəstəkləyib.
Azərbaycan-Fələstin münasibətlərinə baxaq:
– Azərbaycan 1992-ci ildə Fələstin Dövlətini tanıyıb;
– Fələstinin Bakıdakı səfirliyi 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə açılıb; səfirliyin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən qarşılanmaqdadır;
– Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir;
– 2023-cü ildə Ramallahda Azərbaycanın Nümayəndəliyi açılıb;
– Azərbaycan Qəzzadakı soyqırım məsələsində səssiz qalmayıb və BMT-dəki səsvermələrdə Fələstinin lehinə səs verib;
– Azərbaycan Qəzzaya humanitar yardım göstərib və təhsil almaları üçün 14 qəzzalı tələbəni Azərbaycana gətirib.
İstəyirəm ki, hər kəs bunu bilsin: Azərbaycan ərazilərinin işğal altında olduğu 30 illik dövr ərzində Fələstin dövləti həmişə Ermənistanın tərəfində olub.
Mənim ÇAĞIRIŞIM
Hər kəs özünə gəlməli və məsuliyyətini dərk etməlidir.
Bir ağaca baxarkən meşəni görməzlikdən gəlmək olmaz. Heç kim bizi sevməyənlərin dəyirmanına su tökməsin.
Müstəqil və suveren, Can Azərbaycanın daxili işlərinə və ya onun digər ölkələrlə qurduğu münasibətlərə qarışmaq heç kimin haqqı və ya həddi deyil.
Vacib məqam: Dəyərli, can azərbaycanlı qardaş və bacılarım; həddini və hüdudunu bilməyən, məsuliyyətsiz və cahilcəsinə hərəkət edən, türk kimliyi şübhə doğuran, qardaşlığımıza zərər vurmağa çalışan və açıq-aşkar bizə aid olmayan şəxsləri ciddiyə almayın və onların səviyyəsinə enməyin.

AzTV-nin operatoru Yusif Yaqubov vəfat edib
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
"Fənərbaxça" Bakıdadır - Fotolar
"Barselona"ya qayıtmağı arzulayır
Bakıda dünya rekordu yeniləndi
Millətlər Liqası: Türkiyənin Belçika sınağı
Bütün kənd onu axtarırdı – Əsgər Nəsimi Musayevin saxlanılmasının detalları - FOTO
18 yaşlı qız evdə ölü tapıldı
Qohumlar arasında silahlı insident: 2 ölü, 5 ağır yaralı
Rusiya tərəfi öz helikopterini vurub - ekipaj həlak olub
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır
Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL
Tramp: "İranla müharibə tezliklə başa çatacaq"
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın