Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıbAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub.
Bu barədə azxeber.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, habelə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparıblar.
Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.
C.Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini qeyd edib. Bu çərçivədə, Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasi       Tarix: 06 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Hərənin arxasında, böyük bir dayı var

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrlər

3 oktyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş: "Ölkənin milli birliyə ehtiyacı var idi"

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan mürəkkəb hərbi-siyasi vəziyyət

Ərdoğandan Bayraqdara: Kürəkənimə dedim ki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Texnofest 2026" festivalının Şanlıurfa şəhərində keçirilməsi məsələsi ilə bağlı danışıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ərdoğan çıxışı zamanı "Baykar"ı

Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi

Qarabağ Müharibə Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və Zəfər salnaməsi kim

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab

"YAP-nın VII Qurultayında çıxış edən ölkə başçısı bir sıra mühüm mesajlar verib. Hər birinin üzərində ayrıca dayanmaq istəmirəm, lakin istər Türkiyə, istərsə də Azərbaycan sosial şəbəkə seqmentində ciddi müzakirə oluna

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. xəbər verir ki, səfir etimadnaməsin

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Estoniya XİN başçısı Azərbaycana gəlir

Estoniyanın xarici işlər naziri Margus Tsahkna Azərbaycana səfər edəcək. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, səfər oktyabrın 19-da baş tutacaq. Nazir oktyabrın 20-də Estoniyanın Bakıdakı səfirliyinin açılışında iştira

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını


son xeberler azerbaycan xeberleri yeni xeberler qurban bayrami 2026 dunyada son xeberler cəbhədən son vəziyyət son xeberler az